Voleybol yığmamız qrup sonuncusu oldu

Bu gün voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının qrup mərhələsində son görüşünü keçirib.

Newsport.az saytının məlumatına görəA qrupunda mübarizə aparan yığmamız Rumıniya millisi ilə qarşılaşıb. Hər üç hissə rəqibin xeyrinə yekunlaşıb – 0:3 (24:26, 12:25, 25:27).

Beləliklə, gənclərdən təşkil olunan komandamız Qızıl Avropa Liqasında mübarizəni xalsız başa vurub.

A qrupunun sonuncu matçında Fransa və İspaniya komandaları qarşılaşacaqlar. Onlar qrup liderini müəyyənləşdirəcəklər. İkinci dövrəyə ev sahibliyi edən fransızlar 10, rəqibləri 12 xala malikdir. İspanlara birinci olmaq üçün 2 set də kifayət edəcək. Fransızlar uduzarsa, Rumıniya 11 xalla ikinci pillədə qərarlaşacaq.

Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right