Boks millimizdən 3-cü lisenziya

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.

Newsport.az saytının məlumatına görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes də bu uğura imza atıb.

Avropa Oyunlarının qalibi, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu, 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right