Nazirliyin mətbuat katibi vəzifəsindən ayrıldı

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

Newsport.az saytının məlumatına görə, hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Onu bu postda Qabil Mehdiyev əvəzləyəcək. Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

O, 2007-ci ildən Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Aprelin 30-da gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Səmayə Məmmədova da Azad Rəhimovun gənclər və idman naziri vəzifəsinə təyin olunmasından sonra orada çalışmağa başlamışdı.

Səmayə Məmmədova “bildirib ki, öz istəyi ilə nazirlikdən ayrılıb: “Mayın 21-dən öz istəyimlə14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim

Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu.

Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right