Güləşçimiz Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

Newsport.az-ın məlumatına görə, 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev qızıl medala sahib olub.

O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən finalda da qalib olan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right