Vahid 0:3 hesabı ilə geridə olsa da, ermənini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

Newsport.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əzmkar qələbə qazanıb - 6:3. Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right