Olimpiya çempionumuz lisenziya qazana bilmədi

Radik İsayev (80 kq+) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edib.

Newsport.az-ın məlumatına görə, olimpiya çempionumuz yarımfinalda makedoniyalı Dejan Georgievskiyə 6:13 hesabla uduzduğu üçün olimpiadaya lisenziya qazana bilməyib.

Turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

Daha öncə Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right