Avropa Olimpiya Təsnifat Turniri Fransada davam etdiriləcək

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı dəqiqləşib.
 
Newsport.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Fransanın paytaxtı Parisdə müəyyənləşəcək.
 
Yarış iyunun 4-də start götürəcək və 8-də başa çatacaq. Amerika Olimpiya Təsnifat Turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.
 
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right