Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortaçın şəklini yaydı

Ermənistan mətbuatı cəbhədən dezinformasiya xəbərlərini yaymaqda davam edir.

Newsport.az-ın məlumatına görə, erməni mediası bu dəfə türkiyəli məşhurların adından istifadə edir.

Ermənistan İctimai Radiosu cəbhədən növbəti dezinformasiyada türkiyəli məşhur müğənni Sərdar Ortaçın Azərbaycan ordusunun “itkiləri” sırasında yer aldığını qeyd edir.

Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortaçın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.

Başqa bir xəbərdə başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemirin hərbi formadakı görüntüsü yerləşdirilib.

 


 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right