Ermənistanın terrorçulardan ibarət “Qaregin Njde davamçıları VOVA” cəmiyyətinin tanınmış üzvü Badal Qevorkoviç Safaryan bu gün Ordumuz tərəfindən məhv edilib.
Newsport.az-ın məlumatına görə, B.Safaryanın adı Ermənistan MN-in bu gün yaydığı ölən əsgərlərin siyahısında da əks olunub.
B.Safaryanın adı nasist idealogiyalı, yüksək rütbəli (rütbəsi dəqiq göstərilmir – red.) erməni hərbçilərin kataloqunda mövcuddur.
1965-ci il təvəllüdlü Safaryan Ermənistanda aykido və cüdo üzrə idman ustası, “İnsanı necə daha tez öldürmək olar?” proqramı üzrə məşqlər aparan terrorçu idi.
B.Safaryan həmçinin “Qaregin Njde davamçıları” cəmiyyətinin fəxri üzvü idi.