Süleyman Mikayılovun AİBA prezidentliyinə namizədliyi verilib

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidentliyinə namizəd olub.  Bu barədə Newsport.az-a boks federasiyasının mətbuat xidmətindən məlumat daxil olub. 

Bildirilir ki, dekabrın 12-13-də AİBA-nın növbədənkənar konqresi keçiriləcək. Orada beynəlxalq qurumun yeni rəhbərinin adına aydınlıq gələcək. Mikayəılov da prezidentliyə əsas namizədlərdən biridir. 

Qeyd edək ki, 2019-cu ilin martında özbəkistanlı Qafur Rəhimovun prezident vəzifəsindən ayrılmasından sonra AİBA-ya müvəqqəti olaraq mərakeşli Mohamed Mustasan rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right