Millimiz Niderlanda uduzdu Yenilənib

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş Vasif Talıbovun rəhbərlik etdiyi millinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb

Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanıa qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.

 

Avropa Təsnifat Turniri
7 yanvar

Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right