Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə beynəlxalq qrossmeysterin özü məlumat verib. 36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.