Rusiyalı UFC döyüşçüsü Aleksandra Albu "Instagram"da pylaşdığı fotoları açıq-saçıq hesab etmir.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı rusiyalı qadın idmançı fotolarını paylaşmaqda sərbəst olduğunu deyib:
"Fotolarım açıq-saçıq deyil, mən belə hesab etmirəm. Çimərlik fotosu niyə açıq-saçıq sayılsın ki? Çimərlikdə başqa nə geyinə bilərik? Hamı belə geyinir. Həm də şəkillərimlə öz vucudumun ideallığını göstərirəm ki, örnək götürsünlər. İnsanlar idmanla məşğul olduğumu görüb, həvəslənsinlər. Şəkil paylaşmaqda sərbəstəm".






