Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatında çıxışını dayandırıb.
Newsport.az-ın məlumatına görə, yığma 1/8 final mərhələsində Bolqarıstan millisi ilə qarşılaşıb. Covanni Kapraranın başçılıq etdiyi yığma 0:3 hesabı ilə uduzub.
Bolqarıstan millisi 1/4 finalda - sentyabrın 4-də Serbiya ilə qarşılaşacaq.
Avropa çempionatı. 1/8 final
Azərbaycan – Bolqarıstan 0:3 (12:25, 16:25, 23:25).
















































