İyulun 15-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, “Dalğa Beach”də təşkil olunan yarışda 8 komanda birincilik uğrunda mübarizə aparıb.
Üçüncü yer uğrunda görüşdə İran millisini 2:0 hesabı ilə məğlub edən Hollandiya yığması bürünc medllara sahib olub.
Həlledici görüşdə isə Braziliya və Avstriya seçmələri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada braziliyalılar 2:0 hesabı ilə qalib gələrək Bakı turnirinin baş mükafatına sahib olublar.
Qeyd edək ki, Azərbaycan millisi turniri beşinci pillədə başa vurub.





