Fransa klubu millimizin hücumçusu ilə müqavilə bağlamadı

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova “Venel”dan ayrılıb.

Newsport.az-ın məlumatına görə,  Fransa klubu 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yeniləməyib.

Artıq “Venel” Qurbanovanın komandanın düşərgəsini tərk etdiyini rəsmən açıqlayıb. Bu səbəbdən də voleybolçumuz yeni klub axtarışına start verib.

Onun yenidən ölkə xaricində oynayacağı istisna olunmur. Qurbanova “Venel”lə Fransa çempionatının 1/4 finalınadək irəliləmişdi. Onun komandası yarımfinala gedən yolda “Mulhaus”a uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right