Ölkə mətbuatında xüsusi çəkisi olan “Futbol+” qəzeti üçün önəmli gündür.
Belə ki, daim Azərbaycan futbolunun eləcə də idmanın digər növlərinin problemlərini qabardan, uğurlarını işıqlandıran və müxtəlif layihələrlə çıxış edən qəzetin bu gün 20 yaşı tamam olur. Azərbaycanda müasir jurnalistika nəslinin inkişafında böyük töhfələri olan Futbol+ qəzetinin redaktoru Mahir Rüstəmlini və bütün kollektivi bu münasibətlə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Hörmətlə, “Newsport.az” saytının kollektivi.