Azərbaycan - Qətər matçının hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib. Newsport.az xəbər verir ki, qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.
 
Qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Ona yan xətt hakimləri Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.
 
Dördüncü hakim funksiyasını azərbaycanlı FİFA referisi Elçin Məsiyev yerinə yetirəcək.
 
Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçına saat 21:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right