19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunları üçün heyəti açıqlanıb.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Elxan Abdullayev 20 oyunçuya dəvət göndərib.
U-19 millimizin heyəti:
Amin Ramazanov, Mirmövsüm Canıyev ("Qarabağ"), Eldar Tağızadə ("Klermon", Fransa), Hüseyin Babayev, David Orucov, Cavanşir Şahbazlı, Ağadadaş Salyanski ("Neftçi"), Mirəli Əhmədov, Xəyal Əliyev ("Sabah"), Xəyal Səmədov, Süleyman Damadayev, İbrahim Ramazanov, Rauf Rüstəmli. Gülağa Əsədov, Mehrac Baxşəli ("Qəbələ"), Yusuf Oral ("Beşiktaş", Türkiyə), Mahmud Ağayev, Vüsal Əliyev ("Zirə")
10 noyabr. Saat 21:00
Azərbaycan – Belçika
13 noyabr. Saat 20:00
İspaniya – Azərbaycan
16 noyabr. Saat 21:00
Lüksemburq – Azərbaycan
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.