"Belə səfərdən 1 xalla qayıtmaq pis deyil" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının X turunda "Sabah"la səfər matçından sonra fikirlərini bildirib.

O, mətbuat konfransında 3:3 hesablı heç-heçə barədə bunları deyib:

"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qol buraxdıqdan sonra futbolçular ruhdan düşmədi, böyük əzmkarlıq göstərdilər. Hücuma atıldılar, qol da vurduq. 15-20 dəqiqə oyuna nəzarət etsək də, sonra passivləşdik. Rəqibin heyətində səviyyəli oyunçular var. 20-ci dəqiqədən sonda müdafiəmizdə diqqətsizlik yarandı, 2 qol buraxdıq. İkinci hissə başlayan kimi qol epizodumuz oldu. Daha sonra rəqib azlıqda qaldı, say üstünlüyü əldə etdik. Rəqib azlıqda qalanda o demək deyil ki, 100 faiz qol vuracaqsan. Rəqib qapanmışdı. İlk hissəni nəzərə alsaq, belə səfərdən 1 xalla qayıtmaq pis deyil".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right