Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti iki oyunu baş tutacaq.
Newsport.az-ın məlumatına görə, günün ilk matçında autsayderlər üz-üzə gələcək. "Keşlə" "ASK Arena"da "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci oyunu isə "ASCO Arena"da keçiriləcək. Burada meydan sahibi "Səbail" "Neftçi"ni qəbul edəcək. Görüş saat 19:15-də başlayacaq.
2 oktyabr (şənbə)
19:15.“Səbail” – “Neftçi” - 0:3
Qol: Yusuf Laval, 26, Tiaqo Bezerra, 45+1,78
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”
17:00.“Keşlə” – “Sabah” - 2:0
Qol: Merab Qiqauri, 3 (1:0), Felipe Santos, 90+5
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
“ASK Arena”