17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb.
Newsport.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 1-dən 4-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Belçikaya gedəcək yekun heyət müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
