"Neftçi" - "Keşlə" oyununun hakimləri bilindi

Azərbaycan Premyer Liqasının 4-cü turunda sabah keçiriləcək "Neftçi" - "Keşlə" oyunu üçün hakim təyinatları açıqlanıb.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, matçı Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək görüş saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right