Birinci Divizionun iştirakçılarına top verildi

AFFA ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Birinci Divizionda çıxış edən hər bir kluba 2021/22 mövsümündə istifadə üçün AFFA tərəfindən top verilib.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Premyer Liqa klublarının əvəzedici komandalarının hər birinə 10 ədəd, Birinci Divizionda çıxış edən digər klubların hər birinə isə 15 ədəd “Nike” şirkətinin istehsalı olan top təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right