Daha bir futbol meydançası istifadəyə verildi FOTOLAR

Sentyabrın 16-da Bakının Yasamal rayonunda Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə inşa olunmuş daha bir futbol meydançasının açılışı olub.

Newsport.az-ın məlumatına görəNərimanov prospekti 54/27 ünvanında tikilən süni ot örtüklü stadionun uzunluğu 24, eni 12 metrdir. Stadion 5 metrlik hasarla əhatələnib.

Meydança Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib. Ətrafdakı abadlıq işlərini Yasamal Bələdiyyəsi görüb. Süni ot örtüyünü AFFA təqdim edib.

Açılış mərasimində Yasamal RİH-nin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, MM-in deputatı E.Allahverdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl daha bir belə meydança Bakının məşhur 5 mərtəbəsinin həyətində inşa olunmuşdu. 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı E.Allahverdiyevin sözlərinə görə, hər iki meydançanın inşası seçicilərin istəyi ilə ərsəyə gəlib: “Ümid edirəm ki, bu meydançalar futbola marağın artması, gələcək futbolçuların yetişməsi istiqamətində bir stimul olacaq”.

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah