Ramin Quliyev: "Komanda daxilində hər şey qaydasındadı"

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının III turunda "Qəbələ"yə qarşı oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə 0:2 hesablı məğlubiyyəti şərh edib:

- Danışılası çox şey yoxdu. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik.

- Sanki komandada istəksizlik var. Sizə də belə gəlmirmi?
- Elə deməzdim. 3-cü turdayıq və məğlubiyyətlər komandada özünə inamsızlıq yaradır. 3 oyuna qol vurmamağımız inamsızlığa səbəb olub. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünə inam azalır.

- İkinci hisədə topun dirəkən döndüyü epozod var. Bu haqda nə deyə bilərsiz? VAR sisstemi olsaydı, həmin epizodda qol qərarı verilə bilərdi.
- Tək həmin epizodu götürmürəm. Murad Musayevin Mikkelsə qarşı qaydanı pozduğu epizod var. Bu, qırmızı vərəqəyə oxşayırdı. VAR olsaydı, yaxşı olardı. Amma bu gün yoxdursa, bununla barışmalıyıq.

- Bu vəziyyətdən çıxış planınız var?
- Çıxış yolu olmalıdı. Yenə deyəcəm ki, bir balaca vaxt lazımdı. Hücumları dəyərləndirə bilmirik. Çıxış yolu olmalıdı və oyunlara baxıb təhlil edəcəyik.

- Komandada narahatlıq olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
- Komanda daxilində hər şey yaxşıdı. Düzdü, məğlubiyyətlər xoş deyil, ancaq ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdu. Komanda daxilində hər şey qaydasındadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right