"Nə etmişik ki, rahat olaq?" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının III turunda "Sabah"la oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə 2:0 hesablı qələbəni şərh edib:

- Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. "Sabah" oyunu ilə seçilən komandadı. Meydanda istədiklərimizi edə bildik və layiqli qələbə qazandıq.

- Fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş idi?
- Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. "Sabah"ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks hücumlar idi ki, bunu da yerinə yetirə bildik.

- Geridə qalan 3 turda 6 qol vurmusuz. Komandada nə dəyişib?
- Ötən il daha çox qol epizoduna girirdik, ancaq dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik.

- Nəticələrdən sonra hədəflər dəyişirmi?
- Sırf avrokuboklara gedək deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadı.

- Əlinizdə heyət kifayət edir?
- Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik.

- Qarşınızda bir məqsəd olmadığı üçün rahatsız?
- Bu klub məşqçiyə inamı verir. İstər mən olum, istər başqası. Biz özümüz də komandaya təsir etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək, aşılayaq ki, nə üçün meydana çıxır.

- Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi?
- Nə etmişik ki, rahat olaq?

- Asif Məmmədovun durumu nə yerdədi?
- Zədəsi ciddi deyil. O, bizim üçün önəmli futbolçudu. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir - Emin Səfərov.

- Omar Hanini oyuna nə üçün gec buraxdız?
- Hələ hazır deyil. 1 ay futbolsuz qalıb və cəmi 1 həftə komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right