"Sabah" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

"Sabah" Azərbaycan Premyer Liqasının 3-cü turunda öz meydanında "Qəbələ" ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu görüşə itkilərlə çıxacaq. Belə ki, hücumçu Xulio Sezar Rodriqes və müdafiəçi Zurab Oçikava zədəlidi. Hər iki futbolçu "Qəbələ" ilə matçda komandasına kömək edə bilməyəcək. Yeni transfer Kristian Sebalyos yüngül zədəsi olsa da, bu gün meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Sabah" - "Qəbələ" oyunu bu gün saat 18:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right