"Neftçi"dən ayrılan futbolçu Albaniya klubuna keçib

"Neftçi"nin sabiq futbolçusu Bruno Teluşi özünə yeni komanda tapıb.
 
“Qafqazinfo” xəbər verir ki, ötən mövsümün sonunda "ağ-qaralar"dan ayrılan albaniyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
 
31 yaşlı oyunçu "Eqnatiya" ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və detalları açıqlanmayıb.
 
Qeyd edək ki, ötən ilin oktyabrında "Neftçi"yə keçən Bruno Teluşi flaqmanın heyətində 9 oyunda meydanda olub.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right