Emin Mahmudov seçmə mərhələdə 1-ci oldu

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.

Newsport.az OPTA-ya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçlar zamanı ümumilikdə 26 dəfə rəqiblərdən topu almağı bacarıb.

Slovakiya millisinin müdafiəçisi Petar Stoyanoviç (18) 2-ci sırada qərarlaşıb.

Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk isə 3-cüdür. Polşanın "Visla" (Plotsk) komandasında oynayan futbolçu 17 dəfə topu ələ keçirib.

Xatırladaq ki, A qrupunda mübarizə aparan Azərbaycan 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right