“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının 1-ci mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.
Newsport.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparacaq komanda “Alkmaar” (Niderland) ilə sentyabrın 29-u Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq.
Cavab oyunu isə oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibinin növbəti mərhələdə “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) duelinin güclüsü ilə üz-üzə gələcək.