Azərbaycan millisi daha bir itki ilə üzləşib.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya - Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Portuqaliyaya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcəyi dəqiqləşib.
Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.