DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, matçı İtaliya Futbol Federasiyasından Marko Quida idarə edəcək.
Ona Filippo Meli və Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək.
Sentyabrın 7-i keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq.