"Neftçi"nin keçmiş prezidenti dəfn olundu

Sentyabrın 3-də, gecə saatlarında koronavirusdan vəfat edən “Neftçi” klubunun keçmiş prezidenti Aydın İbrahimov dəfn olunub.

Newsport.az-ın məlumatına görə, o, Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Sənayesi Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının rəsmi şəxsləri iştirak ediblər.

Aydın İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right