Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv A qrupunda V turda səfərdə İrlandiya ilə qarşılaşıb. Dublindəki "Aviva" stadionunda keçirilən matçda qalib müəyyənləşməyib. Millimiz ilk hissənin sonlarında hesabı açsa da, qələbəni əldən verib. Bu, yığmanın seçmə mərhələdə ilk xalı olub.
Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan - 1:1
Qollar: Emin Mahmudov, 45+1 (0:1), Daffi, 87 (1:1)
Dublin. “Aviva” stadionu