Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Canni De Byazinin komandası bu dəfə səfərdə meydana çıxıb. Portuqaliya və Serbiya məğlubiyyətlərindən sonra millimiz Lüksemburqa da uduzub.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.
1 sentyabr
A qrupu
22:45. Lüksemburq – Azərbaycan - 2:1
Qollar: Pinto, 8 (1:0), Rodriqes, 28-pen. (2:0), Emin Mahmudov, 67 (2:1)
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”