"Zirə" yeni futbolçu ilə anlaşıb.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi Coşqun Diniyevlə 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi daha əvvəl "İnter"("Keşlə") "Qarabağ" və "Sabah"da çıxış edib. Azərbaycan millisinin üzvü olan Diniyev yığmada 8 oyunda forma geyinib.