Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq.
Newsport.az-ın məlumatına görə, sözügedən komanda “Keşlə” ilə üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avqustun 29-da “ASK Arena”da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.