“Neftçi”nin bir müddətdir ki, transfer etmək istədiyi Nikita Rukavitsa Azərbaycana gəlməyəcək.
Newsport.az-ın məlumatına görə, futbolçu ilə maddi məsələlərdə razılıq əldə olunmadığına görə, onun “Neftçi”yə keçidi baş tutmayıb.
Artıq “ağ-qaralar” başqa hücumçularla danışıqlara start verib.
Milli komandaların DÇ-2022-nin seçmə mərhələ oyunlarına görə, çempionata verilən fasilə zamanı “Neftçi” yeni hücumçusuna qovuşmaq niyyətindədi. Məhz Premyer Liqanın 3-cü turunda “ağ-qaralar” meydana yeni forvardı ilə çıxmaq istəyir. Buna görə də, "Neftçi" başqa forvardlarla danışıqları sürətləndirib.
Sportal.az