Rəşad Sadıqov: "Hakim səhvlərindən bezmişəm"

"Maraqlı oyunun şahidi olduq. Xüsusilə də ikinci hissədə. İlk hissədə havanın isti olması hər iki komandaya təsir edirdi. Bizim üçün oyun pis getmirdi. Rəqibin səhvini gözləyirdik. Qoldan sonra göstərdiyimiz reaksiya xoşuma gəldi. Sona qədər mübarizə aparıb bir qol vurduq. Bərabərlik qoluna vaxtımız çatmadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "Neftçi"yə (1:2) qarşı keçirilən oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:  

- “Neftçi”nin yarımmüdafiə xəttinin liderləri meydanda yox idi. Buna rəğmən, Zirə” yenə də mərkəzdə üstünlük qura bilmədi. Bunun səbəbi nədi?
- İstəyərdim ki, bizim yarımmüdafiədən də danışaq. Hacıağa Hacılı və Stoilov zədəli idi. Mövsümdən öncə hazırlaşdığımız orta xətt yox idi. Həmişə bu belə olub. Həmişə biz itkilərlə çıxırdıq, ancaq rəqibin baş məşqçisinə belə sualalr verilmirdi. Mən istərdim ki, “Neftçi” tam heyətlə oynasın. Belədə, rəqibin oyununu oxumaq asan olur. Samir Abasovdan rotasiya gözləyirdik. Ancaq “Qarabağ”, “Neftçi”nin əvəzedici oyunçuları belə kifayət qədər keyfiyyətlidi. Ramin Əhmədovu bu gün Bask və Kanedən yaxşı görürüksə, lap yaxşı. Buna qədər onu görən yox idi, mən görmüşəm. Məcburiyyətdən Qisməti mərkəzdə oynadırdıq. Əlimdə heyət yoxdu. Daha çox gənc oyunçular idi. Düşünürəm ki, yaxın gələcəkdə istədiyim geniş heyəti qura biləcəm, seleksiyanın bəhrəsini görəcəm. Vaxt da azdı. Bunlar da futbolun hissəsidi. Yeni transferlər olsa lap yaxşı, olmasa da işimizə davam edəcəyik.

- Ötən mövsüm parlaq Cəlal Hüseynovu görürdük. İndi sanki “itib”. Bu, ilk turlarda güclü rəqiblərlə üzləşməyinizlə bağlıdı, yoxsa geriləyib?
- Püşkatmadan sonra oyun planımızda da dəyişilik oldu. İki favorit komanda ilə ilk turlarda düşməyimiz yaxşı olmadı. Bu tək müdafiə ilə bağlı deyil. Cəlala gəldikdə potensiallı, inandığım oyunçudu. Amma bəzi məqamlar var ki, onları düzəltməlidi. Mən həssas adamam.

- Sosial şəbəkələrdə “Neftçi”nin ilk qolunda oyundankənar vəziyyət olduğu müzakirə edilir. Siz necə düşünürsüz?
- Gənc məşqçiyəm. Bir il içində hakim səhvlərindən bezmişəm. Tək bizim oyunlarla bağlı deyil. Bununla bağlı 1-2 saatlı prezentasiya edə bilərəm. Nə qədər belə davam edəcək, bilmirəm. İstəmərəm ki, xeyrimizə səhv olsun. İstəyirəm, ədalətli hakimlik olsun. Çox ikili standartlar var. Peşəm məşqçilik olmasaydı, bununla bağlı geniş prezentasiya edərdim. Futbolçular əziyyət çəkir. Digər oyunlardakı epizodlara da baxırsan, fikirləşirsən ki, mən bu işi görüm, ya yox. Mövsümdən əvvəl də bu fikirlərimiz var idi. Ştuxlik ötən mövsüm kubokdakı penalti epizodunu şərh etmişdi heç vaxt danışmayan adam... Onda bütün epizodları şərh etsin. Belə ikili standartlar var. Çox danışmaq istəmirəm.

- Sizcə VAR sistem gələndən sora hakim səhvləri aradan qalxacaq?
- Bilmirəm. Elə şərhlər verilir ki, VAR-a baxanda da eyni qərarı vərə bilərlər. Eyni epizodda bir oyunda penal verilir, bir oyunda verilmir. VARı- gözləmliyik? VAR gələnə kimi bizim ziyanımıza qərarlar olmalıdı? Bu gün bir səhvdən danışırıq. Mövsümün sonunda turnir cədvəlinə təsir edir.

- Velvesi əvəzləmiyinizin səbəbi nə idi?
- İlk oyunudu. Uzun müddətdi ki, 90 dəqiqə oynamır. Mən çalışacam heç vaxt ilk hissədə əvəzetmə etməyim. Amma imkanım olsa, 30-cu dəqiqədə dəyişərdim.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right