Azərbaycan Premyer Liqasında II turda yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə çempionluğa əsas iddialılar - “Neftçi” və “Qarabağ” meydana çıxıb.
“Ağ-qaralar” Zirə səfərinə yollanıb və 2:1 hesablı qələbə əldə edib.
“Qarabağ” öz meydanında “Səbail”i sınağa çəkib. Ağdam klubu böyük hesablı qələbəyə sevinib - 3:0.
Azərbaycan Premyer Liqası, 2-ci tur
22 avqust
20:30. “Qarabağ” –“Səbail” - 3:0
Qol: Musa Qurbanlı, 30, 45+2, Filip Ozobiç, 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
“Azersun Arena”
18:30. “Zirə” – “Neftçi” - 1:2
Qol: Fəhmin Muradbəyli, 72 (0:1), Emin Mahmudov, 90+2 (1:1), David Volkov, 90+4 (1:2)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu