Ramin Quliyev: "Bu heyət mütləq şəkildə avrokuboklarda olacaq"

Premyer Liqanın 2-ci turunda səfərdə "Sumqayıt"a uduzan (0:2) "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, oyunla bağlı fikirlərini bölüşüb:

- Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Yeni komandamız var. Oyundan oyuna daha yaxşı olacağıq. Əsas heyətin 5 oyunçusu müəyyən səbəblərdən oynamırdı. Ehtiyat oyunçularımız hamısı gənclər idi. Amma bu məğlubiyyətə səbəb deyil. Vaxta ehtiyacımız var.

- Rəhbəlik sizə vaxt verəcək?
- Bu, rəhbərliyin qərarıdı. Versələr, olacaq, verməslər, olmaycaq. Bu, məndən asılı deyil.

 - İlk hissədə hücumla yarımmüdafiə arasında məsafə çox idi. Bu taktiki gediş idi?
- Elə epizodlar olur ki, bizə bunu rəqib məcbur edir. Sumqayıt kompakt oynayır. Buna görə də belə genişlik yaranır. Rəqib təşkiltlanmış komandadı. Uzun müddətdi bir yerdə oynayırlar.

- Əvvəlki illərə baxanda gedən oyunçuların yerinə az oyunçu gəib. Yeni trasnferlər gözlənlir?
- Bəli, gedən çox, gələn isə az oldu. Problem odu ki, gələn oyunçuların hamısından yaralana bilmirik. Sebalyosun sənədləri gəlməyib. Bu gün oynamayan 5 oyunçunun hamısı əsas heyət üzvüdü. Məcburiyyətdən əvəzedici heyətdən oyunçu götürürük. Qarşıda 20 günlük fasilə var. Bu vaxtdan yaxşı istifadə etməyə çalışacağıq. Şpiro Periçiç bizimlə 3 gün məşq edib oynadı. Məcburiyyətdən oynadırıq. Əlimizdə olan oyunçuların hamısından istifadə etdik.

- Sənəd probleminin günahı kimdədi?
- "Sabah" rəhbərliyinin günahı yoxdu. Keçmiş klublarına bağlı olan problemdi. Xırda məsələlərdi, futbolçunu sifariş edə bilmirik.

- Ötən mövsüm də “Sabah” iddiaçılar arasında idi. Ancaq nəticə fərqli oldu.
- Bu heyət mütləq şəkildə avrokuboklarda olacaq. Heyətimiz bunu deməyə imkan verir. Mən olsam da, olmasam da bu, belə olacaq. Biz hələ komandanı tam şəkildə bir yerə yığa bilməmişik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right