Polşa klubu "Neftçi"yə 70 min avro ödəyəcək

Polşanın "Visla" klubu yayda müqavilə imzaladığı Anton Krivotsyuka görə "Neftçi"yə yetişdirmə haqqı ödəyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev klubun telekanalına müsahibəsində deyib.

"FIFA qaydalarına görə, "Neftçi"yə yetişdirmə pulu ödənilməlidir. Anton bizə desəydi ki, həmin məbləği almayın, qarşımda hər hansı sədd olmasın, biz razılaşacaqdıq. Amma o, klubundan tələb etdi ki, mənə görə "Neftçi"yə yetişdirmə haqqı ödəyin. Artıq müqavilə bağlanılıb, bizə 70 min avro ödəniləcək".

Azərbaycan millisinin üzvü olan 23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 3+1 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right