"Zirə" heyətini yeni futbolçu ilə anlaşıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi belçikalı futbolçu Loris Brogno ilə 2 illik müqavilə bağlanılıb.
28 yaşlı hücumçunun son klubu "Birşot" olub. O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.