AFFA "Neftçi" və "Sabah"ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın I turunun “Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 20 nömrəli futbolçusu Mikels Coy-Lens qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

“Neftçi” – “Qəbələ” oyununda “Neftçi” klubunun 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat cərimə olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right