Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi son olaraq “Zaqatala”da çıxış edən Elçin Əlicanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Yeni mövsümdə 1-ci divizionda mübarizə aparacaq “Kəpəz” daha əvvəl İbrahim Qədirzadə, Cavid İmamverdiyev, Bəhruz Teymurov, İlkin Həsənli, Müşfiq Nadirov, Nicat Süleymanov, Vüqar Həsənov və Tural Rzayevi heyətinə qatıb.