Namiq Ələsgərov "Neftçi"də məşqə çıxmaqdan imtina etdi

«Neftçi»nin yarümmüdafiəçisi Namiq Ələsgərov HİK-lə səfər oyununa yollanmqdan imtina edib.

Newsport.az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsinin Finlandiyada keçiriləcək cavab matçında iştirakdan boyun qaçırıb.


Ötən mövsüm vurduğu 18 qolla Premyer Liqanın bombardiri ünvanını qazanan Ələsgərov dünən komandanın məşqinə gəlməyib. «Olimpiakos»la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə üzündən ciddi zədə alaraq əməliyyat masasına qalxan futbolçunun durumu indi yaxşıdır.


Və hətta onun üçün Türkiyədən xüsusi maska sifariş olunub. Namiq ondan istifadə etməklə çalıışmalarıı qatılmaq imkanı yaxalasa da, bunu dəyərləndirmək istəmir. Çünki onun başqa fikri var – karyerasını ölkə xaricində davam etdirmək.

«Bursaspor»dan konkret təklif gəlib. Türkiyənin I Liqa klubu «Neftçi» ilə müqaviləsinin bitməsinə 6 ay qalmış yarımmüdafiəçini sıralarına qatmağa israrlıdır.

200 min dollar - bu, ona vəd olunan minimum illik maaşdır. Namiq «Neftçi»də bu qədər qazanmır, üsiəlik, 25 yaşnda ayağına gələn şansı qaçırmaq fikrindən uzaqdır.

Başa düşür ki, Azərbaycanı tərk etməyə gec qalsa, bir dvaha əlinə belə bir gözəl fürsət keçməyəcək. Hər halda son vaxtlar ideal formadadır və sabit çıxışıyla seçilir.

Bundan əlavə, «Bursaspor» Ələsgərova perspektiv vəd edir. «Yaşıl timsahlar» Super Liqaya iddialıdır və bir müddət sonra daha güclü komandalardan hansınasa keçə bilər. Dəvət gələrsə, Bursanın eyniadlı təmsilçisi onun yolunu bağlamayacaq.

«Bakı»nın Azərbaycan futboluna bəxş etdiyi çoxsayı istedadlardan biri olan Namiq hazıırda fərdi məşq keçir. Vingeri hiddətləndirən klub rəhbərliyinin sözünün arxasıında dayanmamasıdır. Belə ki, o, hələ 2 ay qabaq «Neftçi»dən getməyə hazırlaşması barədə yönətimi xəbərdar edib. Həmin vaxt ondan Çempionlar Liqasında komandaya kömək etməsi istənilmişdi.

Yəni, ondan sonra gedə bilərsən. Təbii ki, müqavilədə əksini tapan təzminatın ödənilməsi şərtilə. «Bursaspor» həmin məbləği ödəməyə hazırdır. Gəl ki, bakılı rəsmilər Ələsgərovun yolunu bağlamaq üçün hər varianta əl atır. Hətta «azarkeş kartı»na belə! Deyirlər ki, bu ayrılığa icazə versələr, fanatlar kluba sərt etiraz bildirəcək, üstlərinə gələcəklər.

Halbuki Namiqi indi bunların heç biri o qədər də maraqlandırmır və narahat etmir. Millinin üzvü nəyin bahasına olur-olsun, Türkiyə yollanmağı qətiləşdirib. İstənilən cərimə və cəzanı gözünün qabağına gətirərək. (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right