"Qəbələ" "Botafoqo"nun sabiq futbolçusunu transfer edir

“Qəbələ” heyətini daha bir legionerlə gücləndirməyə hazırlaşır.

 

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi bir müddətdir danışıq apardığı Ruan Renatonu razı sala bilib. Braziliyalı futbolçu müqavilə imzalamaq üçün ölkəmizə gəlib.

 

Ötən mövsümü Braziliyada “Ponte Preta” klubunda keçirmiş 27 yaşlı müdafiəçi “Qəbələ” ilə bu gün müqavilə imzalaya bilər. Renato əvvəllər “Yuventude”, “Austria Vyana”, “Vitoriya”, “Botafoqo” kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right