Riçard Almeyda yenidən “Qarabağ”da

“Qarabağ” sabiq futbolçusu Riçard Almeydanı yenidən komandaya qaytarır.

Newsport.az  xəbər verir ki, milliləşdirilmiş braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalanması nəzərdə tutulur. O, bu yaxınlarda Ağdam klubunu tərk etmiş Uroş Matiçin əvəzləyicisi kimi komandaya cəlb ediləcək. Almeyda əsas yox, ehtiyat heyətin üzvü kimi düşünülür. Baş məşqçi Qurban Qurbanovun bu qərarı bu qərarı verməsində Almeydanın yerli futbolçu statusu daşıması da əsas rollardan birini oynayıb.

Xatırladaq ki, Riçard Almeyda ötən mövsümü “Zirə”də keçirib. O, “Qarabağ”a azad agent kimi transfer olunacaq.

Almeyda 2011-18 və 2019-20-cu illərdə də “Qarabağ“da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right