Ozan Can Kökcü “Sabah”dan ayrıldı, “Telstar”a keçdi

“Sabah” yarımmüdafiəçisi Ozan Can Kökcü ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu karyerasını Niderlandın “Telstar” klubunda davam etdirəcək.
 
Artıq bu keçidlə bağlı klublar arasında razılıq əldə olunub.
 
Ozan Can 2019-cu ildən “Sabah”ın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right